İDMAN
İtaliyalı məşqçi: Finala çıxa bilməsək də, gimnastlarımdan razı qaldım
Bakı, 9 mart, AZƏRTAC
"İki ildən sonra yenidən Bakıda olmaq çox xoşdur".
Bu sözləri AZƏRTAC-a açıqlamasında gimnastika üzrə İtaliya millisinin baş məşqçisi Marsello Barbieri Bakıda keçirilən Dünya Kubokundakı çıxışları barədə danışarkən deyib.
Mütəxəssis komanda olaraq yarışı dördüncü yerdə bitirdiklərini bildirib: "Gimnastlarımdan razı qaldım. Ancaq təəssüflər olsun ki, finala vəsiqə qazana bilmədik. Daha yaxşısını bacarmaq potensialımız var. Gələcək yarışlarda uğurlu nəticələr qazanmaq istəyirik".
O, gimnastlarının "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şanslarından da söz açıb: "Bu barədə danışmaq tezdir. Hər şeyi gələcək göstərəcək".
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayır.