İtaliyanın Baş naziri ABŞ, Avropa və müttəfiqlərini təcili sammit keçirməyə çağırıb
Roma, 2 mart, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Avropa və müttəfiqlərini təcili zirvə toplantısı təşkil etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Ciorcia Meloni ötən gün Ağ evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü və baş verənlərdən sonra zirvə toplantısı keçirməyin vacibliyini qeyd edib.
“Qərbin hər bir parçalanması hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin işinə yarayır. Son illərdə birlikdə müdafiə etdiyimiz Ukrayna başda olmaqla, bugünkü böyük çağırışları və gələcəkdə həll yollarını müzakirə etmək üçün ABŞ, Avropa dövlətləri və müttəfiqləri arasında təcili zirvə toplantısı təşkil etmək lazımdır”, - deyə Baş nazir qeyd edib.
Ciorcia Meloni ölkəsinin bu təklifi tərəfdaşları ilə müzakirə edəcəyini bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]