İtaliyanın iki regionunda yerli seçkilər keçirilir
Roma, 12 fevral, AZƏRTAC
Fevralın 12-13-də İtaliyanın Latsio və Lombardiya regionlarında yerli rəhbərlərin və şuraların seçilməsi üçün səsvermə keçirilir.
AZƏRTAC xəbər verir ki, ölkənin iki əsas regionu olan bu bölgələrdə seçki 12 milyondan çox insanı əhatə edir. Seçki məntəqələri bu gün saat 07:00-da açılıb və səsvermə prosesi saat 23:00-dək davam edəcək. Fevralın 13-də isə seçki məntəqələri saat 07:00-dan 15:00-dək açıq olacaq.
Seçkilər paytaxt Romanın da yerləşdiyi Latsio regionunda 378, Lombardiyada 1504 bələdiyyəni əhatə edir. Latsio regional şurası 50 üzv və rəhbərdən, Lombardiya isə regional şura rəhbər də daxil olmaqla 80 üzvdən ibarətdir. Səslərin sayılması prosesi fevralın 13-də seçki məntəqələri bağlandıqdan sonra başlayacaq.
Qeyd edək ki, bu regionlarda daha əvvəlki seçkilər 2018-ci il martın 4-də keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]