İTAR-TASS-IN FOTOMÜXBİRİ UKRAYNADA YOL-NƏQLİYYAT HADİSƏSİ NƏTİCƏSİNDƏ HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna müstəqil informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 11-də gecə Lvov vilayətindəki Kiyev-Çop avtomobil şosesində yol-nəqliyyat hadisəsi zamanı İTAR-TASS-ın 25 yaşlı fotomüxbiri həlak olmuşdur.
Jurnalistin idarə etdiyi “Nissan” markalı avtomobil sərnişin avtobusu ilə toqquşmuşdur. Fotomüxbir aldığı zədələrdən hadisə yerində həlak olmuşdur. Avtobusun sürücüsü və sərnişinlər zərər çəkməmişlər.
Müstəntiqlərin ilkin ehtimalına görə, qəzaya səbəb avtobus sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobudcasına pozulması olmuşdur.
Fakt üzrə təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]