İv Löterm: Prezident İlham Əliyevin vaksinlərin dünyada ədalətli şəkildə paylanması təşəbbüsünü dəstəkləyirəm
Bakı, 6 noyabr, AZƏRTAC
VIII Bakı Qlobal Forumu sivilizasiyanı maraqlandıran məsələləri müzakirə etmək üçün mühüm məkandır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu foruma bütün dünyadan mütəxəssislər toplaşaraq yeni təkliflər və fikirlər irəli sürürlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belçikanın sabiq Baş naziri İv Löterm AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycanda vaksinasiya prosesinin uğurla həyata keçirildiyini qeyd edən Belçikanın sabiq Baş naziri Prezident İlham Əliyevin vaksinlərin dünyada ədalətli şəkildə paylanması təşəbbüsünü dəstəklədiyini bildirib. “Bütün insanlar vaksinasiya prosesindən keçməyənədək, dünya vətəndaşlarının həyatı təhlükədə olacaq”, - deyə o qeyd edib. XM
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]