İyulun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 19-23, gündüz 28-33° isti olacaqdır.
Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 16-21°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən- Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 26-31° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında biometeoroloji amillərin, o cümlədən atmosfer təzyiqinin norma daxilində dəyişikliyi, xəzri küləyi fonunda iyul ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.