İyunun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 15-20, gündüz 26-31° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-95 faiz, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Şıx, Sahildə 22-23° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin səhər və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən- Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
səhər və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 27-32° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.