İyunun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-22, gündüz 26-31° isti olacaqdır.
Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, bəzi yerlərdə 18°-dək, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-19°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən- Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 29-34° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacağı gözlənilir.