İyunun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
iyunun 21-dən 22-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 17-22, gündüz 24-28° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 761 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Şıx, Sahildə 22-23° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 16-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-21°, gündüz 30-35° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacağı gözlənilir.