İyunun 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın az buludlu yağmursuz olacağı gözlənilir.
Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 18-23°, gündüz 33-38° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz olacaqdır. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 14-19°, gündüz 28-33° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 18-23°, gündüz 33-38° isti gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz olacağı gözlənilir.
Havanın temperaturu gecə 18-22°, gündüz 30-34° isti,
dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.