Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jalə Əliyeva: ATƏT-in Minsk qrupu: fiasko ilə üz-üzə

Jalə Əliyeva: ATƏT-in Minsk qrupu: fiasko ilə üz-üzə

Bakı, 15 dekabr, AZƏRTAC

“Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz”.

Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev üç gün əvvəl ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşdə bildirdi. Bu, çox sərt və çox sərrast, 28 ildir adı olub, özü olmayan, Ermənistan-Azərbaycan münaqişəsini danışıqlar yolu ilə həll etməyi, vasitəçilik missiyasını üzərinə götürən, ancaq ötən illər ərzində mənası, əhəmiyyəti olmayan bəyanatlar verən, əksər hallarda isə işğalçı ilə işğala məruz qalanı eyniləşdirən, bölgəyə, sadəcə, turist səfərləri edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin timsalında adıçəkilən qrupa verilən ən güzgün qiymətdir. Çünki başqa cür ola da bilməzdi, başqa cür dəyərləndirmə mümkün deyildi…

Milli Məclisin deputatı Jalə Əliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, 28 il öncə ATƏT-in Minsk konfransı kimi yaradılan, sonra Minsk qrupuna çevrilən, 1997-ci ildən isə 3 ölkənin - həmsədr dövlətlərin monopoliyasında olan bu təşkilat bütün gözləntiləri, ümidləri alt-üst etdi. Üzərinə götürdüyü vasitəçilik missiyasını yerinə yetirmədi, haqsızlığa, ədalətsizliyə, təcavüzə, işğala məruz qalan və dünyadan ədalət gözləyən Azərbaycan xalqının növbəti xəyal qırıqlığına çevrildi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını tələb etmək və icrasına nail olmaq bir yana, özünün verdiyi bəyanatlara, özünün üzərinə götürdüyü missiyaya, özünün daşıdığı mandata açıq-aşkar hörmətsizlik göstərdi. Qısa zamanda Azərbaycan xalqının haqlı olaraq qəzəb ünvanına, tənqid, istehza obyektinə çevrildi. 28 ildə gəldilər, getdilər, özlərinə “layiq” olan bəyanatlar verdilər, sanki bununla missiyalarını bitmiş saydılar. Hətta ara-sıra ermənilərə vəkillik etdilər, xüsusilə də Minsk qrupunun həmsədri olan ermənipərəst Fransa…Missiyalarını, mandatlarını unutdular, özlərini görməzliyə, bilməzliyə vurdular. Üzərlərinə gedəndə də yaxalarını kənara çəkdilər, “tərəflər razılığa gəlsinlər, biz də dəstəkləyək” dedilər. Daha bilmədilər ki, tərəfləri, xüsusilə, işğalçı və təcavüzkar Ermənistanı razılığa gətirmək, onu sülhə məcbur etmək onların birbaşa vəzifəsi, missiyası idi.

Ancaq etmədilər, etmək istəmədilər, Ermənistanın nazı ilə oynadılar, onun şıltaqlıqlarına, sonu görünməyən cinayətlərinə, sülhə, təhlükəsizliyə birbaşa təhdid yaradan təxribatlarına, fitnəkarlıqlarına göz yumdular. Əvvəlcə status-kvonun qəbuledilməzliyini bəyan etdilər, sonra onun qalmasında ermənilər qədər səy göstərdilər. Bütün yüksək kürsülərdən, üzbəüz görüşlərdən səslənən açıq və ya örtülü, kəskin və ya yumşaq etirazlara, xəbərdarlıqlara da saymazlıq, laqeydlik, biganəlik göstərdilər. Ancaq nəticədə uduzan özləri oldu, uduzan, rüsvay olan açıq-gizli dəstək verdikləri, növbəti işğala iştahalandırdıqları forpost, vassal, terror mahiyyətli Ermənistan oldu. Cəmi 44 günlük tarixi Vətən müharibəsi ilə Ali Baş Komandan İlham Əliyev və onun rəşadətli Ordusu 32 illik münaqişəyə son qoydu. Nə təmas, nə cəbhə xətti, nə status-kvo, nə status, nə də Dağlıq Qarabağ münaqişəsi qaldı... Eləcə də nə ATƏT-ə, nə Minsk qrupuna, nə də onun həmsədrlər institutuna, həmsədrlərə ehtiyac qaldı…Məsələ kökündən həll olundu.

Artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, toydan sonra nağaradan başqa bir şey deyil… Yaxud da, daldan atılan daş topuğa dəyər anlamını verir… Bizim artıq nə danışıqlara, nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz - “dəmir yumruğumuz” var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi… Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Məşhur, “öz cəzandır, çək!” , deyimində olduğu kimi...

Bəli, hörmətli həmsədrlər, öz cəzanızdır, çəkin artıq. Biz çox dedik, amma siz az eşitdiniz və nəticəsi də məlumdur. Prezident İlham Əliyevin sözləri ilə desək: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır…”

Bəli, biz sentyabrda cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə, xunta rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdıq, yox etdik! Artıq bu xülya içi hava ilə dolu şar kimi partlayıb. Nə bu adda bir ərazi var, nə də xülyalar... Paşinyan və tərəfdarları, başda Fransa olmaqla, ATƏT olmaqla səhv etdilər, səhv hesabladılar. Böyük bir fiaskoya uğradılar. Çox mənfi bir imic qazandılar. Bu məğlubiyyətdən sonra çətin bir daha qədlərini düzəltsinlər. Biz Qələbə qazandıq. Haqq Azərbaycanın yanındadır. Hüquq Azərbaycandan yanadır. Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial, və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO