“Jara-2018”in həyəcanlı anları
Bakı, 27 iyul, AZƏRTAC
Bakının “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018”in həyəcanlı anları yaşanır.
AZƏRTAC xəbər verir ki, iyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçıların qırmızı xalı üzərində keçidi başlanıb. İfaçılar Bakı, festival haqqında təəssüratlarını bölüşür, yaradıcılıq yeniliklərindən söz açırlar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.