Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kaleriya Kislova: Heydər Əliyev dünya miqyaslı siyasi xadim idi VİDEO

Heydər Əliyev Mərkəzində olan moskvalı qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər

Bakı, 29 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Moskva şəhərindən Bakıya gəlmiş nümayəndə heyəti mayın 29-da Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə müasir Bakının rəmzinə çevrilmiş Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə, Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin beynəlxalq aləmdə, dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılmasına yönəlib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin binası dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilib. Bu möhtəşəm bina şəhərimizin qonaqları tərəfindən mütləq ziyarət edilən əsas obyektlərdən biridir.

Qonaqlar Mərkəzin ən maraqlı və cəlbedici bölməsi - öz dizaynı və tətbiq edilən texnologiyaları ilə fərqlənən Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeyin eksponatları Azərbaycanın tarixini, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Üçmərtəbəli muzeydə Ulu Öndərin həyat və fəaliyyəti haqqında maraqlı faktlar, foto və videomateriallar, nadir eksponatlar nümayiş olunur. Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanmış materiallar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər mövzuya dair eksponatların nümayişi Azərbaycan və ingilis dillərində səsli müşayiət edilir. Mərkəzdə müxtəlif mövzularda sərgilər də fəaliyyət göstərir.

Qonaqlar, həmçinin Mərkəzdə “Azərbaycanın inciləri” sərgisi ilə tanış olublar. Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən ekspozisiyada ölkəmizin tükənməz təbii ehtiyatları, çoxəsrlik tarixi, mədəni irsinə aid nadir eksponatlar sərgilənir. Azərbaycan xalçalarının müxtəlif xalçaçılıq məktəblərinə aid olan nadir nümunələri, misgərlik məmulatları, qədim musiqi alətləri böyük maraq doğurur. Sərgidə milli geyimlər, qədim sikkələr, öz tolerantlığı ilə tanınan Azərbaycanda mehriban şəraitdə mövcud olan müxtəlif dinlərə aid olan müqəddəs kitablar qonaqların diqqətinə çatdırılıb.

Moskvalı qonaqlar, həmçinin Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin sovet və müstəqillik dövrlərində istifadə etdiyi avtomobillərə də baxıblar.

Muzeylə tanışlıqdan sonra nümayəndə heyətinin üzvləri öz təəssüratlarını və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyinin müdir müavini Vladimir Uxov deyib: “Öz forma və məzmunu baxımından bu nadir Mərkəzə daxil olduqda, muzeyin eksponatları ilə tanışlıq zamanı sanki Heydər Əliyevin şəxsi rəhbərliyi altında işlədiyim illərə qayıtdım. Bu hissləri təsvir etmək mümkün deyil. Eksponatlarla tanışlıqdan sonra biz bir daha əmin olduq ki, Heydər Əliyevin fəaliyyətinin əsas xüsusiyyətlərindən biri dəqiqlik idi. Burada Heydər Əliyevə məxsus olan təxminən 26 vəsiqə saydıq. O, bütün sənədlərini, hətta ən az əhəmiyyətli olanları da saxlayıb. Bu, onun vaxtilə bizdən də tələb etdiyi dəqiq işinin xüsusiyyətidir. Bu zalları gəzdiyimiz zaman özümüzü yenidən onun kabinetindəki kimi hiss edirik. Axı nümayəndə heyətinin üzvlərindən bir çoxu hər gün onun kabinetinə girir, onu iş masası arxasında görür, onunla işgüzar söhbət aparırdı. Gördüyümüz ekspozisiya sayəsində biz beş ilə yaxın əhatəsində olduğumuz həmin işgüzar mühitə qayıtdıq. Heydər Əliyev SSRİ Nazirlər Sovetində fəaliyyətini “Kreml beşilliyi” adlandırırdı. Biz çox böyük təəssürat aldıq, əsl böyük siyasətçi, fiziki cəhətdən sağlam, yaraşıqlı, hündürboylu, ecazkar və unudulmaz insan Heydər Əliyevlə birlikdə işlədiyimiz o illərə sanki bir də qayıtdıq”.

Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, telerejissor, “Vremya” informasiya proqramının keçmiş baş rejissoru Kaleriya Kislova Heydər Əliyevin yaradıcı insanlara, mətbuat nümayəndələrinə münasibəti ilə bağlı fikirlərini paylaşıb: “O, mətbuata çox diqqətlə yanaşırdı. İlk dəfə mən 1978-ci ildə Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin səfəri ilə bağlı yayım aparmaq üçün Bakıya gəldim. Bu, bizim Heydər Əliyevlə ilk tanışlığımız idi. O, özü tədbirin keçiriləcəyi saraya gəldi, bütün telekameraları, onların necə yerləşdirildiyini şəxsən yoxladı, mənimlə tanış oldu və hansı kamera ilə nəyi göstərəcəyimizi izah etməyi xahiş etdi. Mən onu hər bir kameranın yanına apardım. O, bütün altı kameranı şəxsən yoxladı və operatorlarla söhbət edib onlara suallar verdi”. Heydər Əliyevlə Moskvada çoxillik birgə fəaliyyətini xatırlayan tanınmış jurnalist deyib: “O, jurnalistlərə çox diqqət yetirirdi, mətbuatın, televiziyanın, qələm sahiblərinin əhəmiyyətini yaxşı başa düşürdü, bizimlə söhbət edirdi, hətta hansı hissənin televiziya, hansının isə qəzet üçün istifadə ediləcəyi barədə bizimlə məsləhətləşirdi”. Heydər Əliyevi Sovet İttifaqı ərazisində ezamiyyətlərdə də müşayiət edən Kaleriya Kislova xatırlayır: “Heydər Əliyev hər cəhətdən son dərəcə gözəl insan idi. O, dünya miqyaslı siyası xadim idi, indi belə şəxsiyyətlər yoxdur, hər halda mən belələrinə bir daha rast gəlmədim. Heydər Əliyev insanı görməyi bacarır, hamıya diqqət yetirirdi, özünü bizdən üstün tutmurdu, bizimlə - sıravi insanlarla eyni cərgədə idi. Bu, belə miqyasda olan siyasətçilər üçün nadir keyfiyyətdir. Heydər Əliyev ünsiyyət zamanı sadə insan idi. Həmin illərdə ölkə rəhbərliyindən heç kim xalqın içərisində olmurdu. Heydər Əliyev isə maşını saxlayır, avtomobildən çıxır, insanlarla tanış olur, həyat şəraitləri, işləri və problemləri ilə maraqlanırdı. Çox böyük dövlət işlərinə baxmayaraq, o, ölkə vətəndaşlarının həyatı ilə maraqlanmağı vacib hesab edən heyrətamiz şəxsiyyət idi”.

Beş il müddətində SSRİ Nazirlər Soveti sədrinin birinci mavini Heydər Əliyevin katibi olmuş həmyerlimiz Camal Camalov muzeydən aldığı təəssüratlardan göz yaşlarını saxlaya bilməyib. O, jurnalistlərə deyib: “Tale mənə ən böyük hədiyyə - dahi Heydər Əliyevin yanında olmağı bəxş edib. 1982-ci ilin dekabrından 1987-ci ilin noyabrınadək mən Heydər Əliyevin katibi olmuşam, onunla birlikdə Kremlin ikinci mərtəbəsindəki 58 nömrəli kabinetdə işləmişəm. Heydər Əliyev haqqında çox danışılıb və hələ çox danışılacaq. Onun necə geyindiyini, yerişini, danışıq tərzini, təkrarolunmaz təbəssümünü xatırlayın. Heç bir dövlət xadiminin belə bənzərsiz təbəssümü yoxdur. Kremldə işlədiyi vaxt Heydər Əliyev üç böyük faciəvi hadisə ilə rastlaşıb. Birinci faciə 1983-cü ilin martında - Ulyanovskda “Suvorov” gəmisinin körpüyə çırpıldığı hadisə oldu. Heydər Əliyev dövlət komissiyasına rəhbərlik edirdi. Təqribən 160 nəfər həlak olmuşdu və o, hər birinin qohumları və yaxınları ilə görüşməli, bütün təşkilati məsələləri həll etməli oldu. İkinci hadisə 1985-ci il aprelin 15-də baş verdi. Həmin gün Zərifə xanım Əliyeva vəfat etdi. Bu itki onu çox ağrıdırdı. O zaman mən ilk dəfə Heydər Əliyevin göz yaşlarını gördüm. Üçüncü faciə 1986-cı il martın 31-də Novorossiyskdə “Admiral Naximov” gəmisinin başqa gəmi ilə toqquşması nəticəsində yaşandı. 400-dən çox insanın həlak olduğu qəza ilə əlaqədar yaradılmış dövlət komissiyasına yenə Heydər Əliyev rəhbərlik edirdi. Həlak olanların ailə üzvləri ilə görüşərkən onların dərdinə qəlbən şərik çıxırdı. Bu üç hadisə onun sağlamlığına mənfi təsir göstərdi və 1987-ci il mayın 11-də infarkt keçirməsi ilə nəticələndi. Sonra isə, 1987-ci ilin oktyabrında Mixail Qorbaçovla fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdi. O, son dəfə öz kabinetində 1987-ci il noyabrın 23-də oldu və mənə dedi: “Mən uzun illər Siyasi Büronun üzvlüyünə namizəd və üzv olmuşam. Lakin onların bugünkü siyasətindən heç nə anlaya bilmirəm. Mən onlara nə etmişəm, nə üçün mənimlə belə davranırlar?”.

Nümayəndə heyətinin üzvü, Heydər Əliyevin şəxsi həkimi Aleksandr Borodkin də Heydər Əliyevin infarkt keçirməsini xatırlayır: “Hər bir yüksək vəzifəli məmurun - Siyasi Büro üzvünün sağlamlığına nəzarət edən şəxsi həkimi vardı. 1987-ci ilin martından mən Heydər Əliyevin şəxsi həkimi idim. Mənim onunla ilk səfərim Volqoqrada olub. Məhz orada mən ilk dəfə onun iş qabiliyyəti - səhər saat 8-dən axşam gec saatlaradək ayaq üstə, insanlarla ünsiyyətdə, müşavirələrdə keçən intensiv fəaliyyəti ilə tanış oldum. Heydər Əliyev heyrətamiz insan idi... Sonra mayın 11-i... Zəng etdilər ki, təcili gəl, Heydər Əliyev özünü pis hiss edir. O, ağır infarkt keçirmişdi və SSRİ Səhiyyə Nazirliyinin dördüncü idarəsinin birləşmiş xüsusi xəstəxanasına aparıldı. Həkimlər onu müalicə etdi. Vəziyyət çox ağır, çox gərgin idi, ən yaxşı həkim qüvvəsi, o cümlədən Çazov cəlb edilmişdi. Onun öz sağlamlığının bərpasının qayğısına qalması bizim köməyimizə çatdı. Həkim və xəstə birlikdə hərəkət etdikdə, bunun faydası çox olur. O, güclü və iradəli insan idi. Demək olar ki, 1-2 həftədən sonra o, əməkdaşları dəvət edir, onların gətirdikləri sənədlərlə tanış olurdu. Onun ünsiyyətdə olduğu adamlar da gəlirdilər. Sonra tədricən öz iş kabinetinə keçdi. Onun işə qeyri-adi həvəsi vardı və işləməyi bacarırdı”.

Bakıda insanlarla söhbət edən, habelə Heydər Əliyev Mərkəzi ilə tanış olan Aleksandr Borodkin Azərbaycan xalqının öz liderini sonsuz məhəbbətlə xatırladığını şahidi oldu. “Çox xoşdur ki, siz onu belə sevirsiniz, bu cür siyasətçilər dünyaya nadir hallarda gəlir”, - deyən və Bakıda üçüncü dəfə olan həkim hesab edir ki, şəhər dəyişir, daha da gözəlləşir.

SSRİ DTK-nın 9-cu idarəsinin əməkdaşı, Heydər Əliyevin sürücüsü Vladimir Tupitsın da dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb: “Mən Siyasi Büro üzvlərinə, Nazirlər Sovetinin sədrinə və müavinlərinə xidmət göstərən xüsusi təyinatlı qarajda işləyirdim. Heydər Əliyevlə onun Nazirlər Soveti Sədrinin müavini təyin olunduqdan sonra Moskvaya gəlişi zamanı tanış oldum. O, çox diqqətli və qayğıkeş insan idi. Mən onunla çox yerlərdə olmuşam. Azərbaycana istirahətə gələndə onun maşınını vaqon-qarajda gətirirdilər. Biz onunla bütün Azərbaycanı gəzdik, həmin vaxt respublikanı kurort zonasına çevirmək ona həvalə olunmuşdu. Biz bütün rayonlarda olduq, o, kurort və sanatoriya tikmək mümkün olan bütün yerlərə baxdı. Hər yerdə və həmişə onu sevgi ilə qarşılayırdılar. Heydər Əliyev maşını saxlayır, hər kəslə salamlaşıb söhbət edirdi. İnsanlardan mehribancasına hal-əhval tutur, problemləri ilə maraqlanırdı. O, çox düzümlü insan idi, səhərdən axşamadək istirahət etmədən işləyir və özünü bütünlüklə işə həsr edirdi. Heydər Əliyev nəzakətli insan, müdrik siyasətçi idi, bir söz deməzdən əvvəl gözlərini qıyaraq düşünür, vəziyyəti qiymətləndirir və sonra fikrini çatdırırdı. Çox müdrik insan idi”, - deyə Ümummilli Liderin sürücüsü sözünü tamamlayıb.

Kaleriya Kislova: Heydər Əliyev dünya miqyaslı siyasi xadim idi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub