Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamal Abdullayev: Dövlət həmişə dinin və dindarların yanındadır

Kamal Abdullayev: Dövlət həmişə dinin və dindarların yanındadır

Bakı, 13 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iyulun 7-10-da Qarabağ və Gəncəbasar bölgəsində səfərdə olub. Bərdə İmamzadəsində, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax Cümə məscidləri və ziyarətgahlarında yerli və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda, bir neçə hərbi hissədə maraqlı və faydalı görüşlər keçirilib.

Dövlət müşaviri Kamal Abdullayev səfərlə bağlı fikirlərini və təəssüratlarını AZƏRTAC ilə bölüşüb.

-Kamal müəllim, əvvəlcə səfərinizin məqsədi və səfər etdiyiniz rayonlar haqda məlumat verməyinizi xahiş edirik.

-Bilirsiniz ki, Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına səmimi sözlərlə dolu təbrikini ünvanladı. Bu təbrikdə Prezident Ramazan bayramının təkcə ölkəmizdəki müsəlman əhalinin yox, eyni zamanda, bütün digər dinlərə mənsub insanlarımızın da bayramı olduğunu, hər bir vətəndaşımızın bu müqəddəs, bəşəri günü birgə qeyd etdiyini vurğuladı. Bu, Azərbaycan xalqına xas multikulturalizmin və tolerantlığın təntənəsi, bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. Bu il həm də ölkəmizdə “Multikulturalizm ili” olduğundan düşündük ki, yaxşı olardı, cənab Prezidentin Ramazan təbrikini insanlarımıza - dindarlarımıza, Vətənin müdafiəçiləri olan əsgərlərimizə birbaşa çatdıraq və bu əziz bayramı onlarla birgə qeyd edək. Elə bu məqsədlə iyulun 7-10-da Qarabağ və Gəncəbasar bölgəsində səfərdə oldum və orada ictimaiyyət nümayəndələri, din xadimləri və Vətənimizin, xalqımızın, dövlətimizin keşiyində mərd-mərdanə dayanan əsgər və zabitlərimiz ilə görüşdük. Prezidentin Ramazan təbrikini onlara çatdırdıq.

-Qarabağ bölgəsində insanların əhval-ruhiyyəsi neçə idi? Son dövrdə cəbhədə baş verən hadisələr sakinləri narahat etməyib ki?

-Mən 2 il öncə də bu bölgəyə səfər etmişdim. Əminliklə deyə bilərəm ki, aprel ayında baş verən və ordumuzun qələbəsi ilə bitən qızğın döyüşlərdən sonra Qarabağ bölgəsində yaşayan insanlarımızın ruhu sanki təzələnib. Onlar balacasından ağsaqqalına qədər hamısı Vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirir və hər addımda cani-dildən məhəbbət və ehtiram bəslədikləri Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini dilə gətirirlər. Ağdamın Sarıcalı, Çəmənli, Xındırıstan kəndlərinin sakinləri, bərdəlilər, tərtərlilər, goranboylular, ağcabədililər hamısı son dövrlərdə cəbhədə baş verən hadisələrdən dərhal sonra Prezident İlham Əliyevin öz xanımı ilə birlikdə birbaşa düşmən artilleriyasının atəş zonasında yerləşən, mənfur düşmənlərin dağıtdığı dinc əhalinin yaşayış evlərini ziyarət etməsini çox yüksək dəyərləndirir, onların belə bir təhlükəli yerdə yaşamasının yeganə səbəbinin Vətən eşqi və yeganə səbəbkarının ölkə Prezidenti olduğunu dönə-dönə qeyd edirdilər. Bu gün Qarabağ bölgəsində yaşayan hər bir insan mərd və cəsur Azərbaycan əsgəri kimi Vətənin keşiyindədir. Dillərinin əzbəri olan bir söz var: “Cənab Prezident bizə dedi ki, mən sizinlə qürur duyuram”.

- Dindarların dövlətimizin başçısının apardığı siyasətə, xüsusən din-dövlət münasibətlərinə münasibəti necədir?

-Ulu öndər Heydər Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin ən ali formasını necə müəyyənləşdirmişdisə, bu gün də cənab İlham Əliyev tərəfindən bu siyasət ləyaqətlə davam etdirilir. Ölkəmizdə təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdırlar. Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər. Bilirsiniz, Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu ölkə Prezidenti hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə İmamzadəsinin abadlaşdırılması və yenidən istifadəyə verilməsi, Bakıda möhtəşəm Heydər məscidinin inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması dövlətin dinə münasibətinin bariz nümunəsidir. Bunu Bərdə İmamzadəsində, Gəncə İmamzadəsində, olduğum bütün digər məscidlərdə din xadimləri xüsusi ehtiramla dilə gətirdilər.

-Dindarlarımız, xüsusən onların toplaşdıqları məscidlərimiz dövlətin dindarlardan gözləntilərinə adekvatdırmı?

-Maraqlı məqama toxundunuz. Hesab edirəm ki, məscidlərimiz və bir çox din xadimlərimiz hələ də dövlətin onlardan gözləntilərini doğrultmur. Bizdə dövlətə və dövlətçiliyə xidmətin nümunəsi şeyxülislamlıq institutu və bu gün bütün Qafqazın şeyxi Allahşükür Paşazadə nümunəsi var. Məncə dindarlarımız dövlətimizin və dövlətçiliyimizin yad dini təsirlərdən qorunmasında daha fəal olmalı, məscidlərimiz təkcə namaz qılınan, ehsanlar verilən məkan yox, həm də elm, fəzilət, mərifət, dövlətçilik, azərbaycançılıq ocaqları olmalıdır. Biz hamımız bu istiqamətdə çalışmalıyıq.

-Mətbuatda məlumat yayılmışdı ki, siz Gəncə İmamzadəsində təkcə Gəncənin deyil, o regionda olan əksər din xadimləri ilə birgə görüşmüsünüz, hətta tədbirdə qadın axundlar da iştirak ediblər. Bu görüş haqda fikirləriniz oxucularımız üçün maraqlıdır.

-Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təmir və bərpa olunaraq möhtəşəm ziyarətgah kompleksinə çevrilən Gəncə İmamzadəsi Azərbaycanın ən gözəl müqəddəs məkanlarından biridir. Buraya ziyarətə gələn hər bir kəs əvvəlcə gözəl memarlıq nümunəsi və səliqə-sahmanla qarşılaşır. İmamzadədə təkcə Gəncə şəhərinin deyil, ətraf rayonların - Naftalan şəhəri, Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa rayonlarının axund və imamları ilə görüşdük. Əvvəlcə Prezidentin Ramazan təbrikini onlara çatdırdıq. Daha sonra dindarlarla ölkəmizdəki dini durum, din-dövlət münasibətləri, tolerantlığın və multikulturalizmin Azərbaycan modeli haqqında fikir mübadiləsi apardıq. Onları maraqlandıran məsələlərə aydınlıq gətirdik. Bu işdə mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regionlar üzrə şöbə müdirlərinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin böyük köməyi oldu. Eyni zamanda, hər bir rayon və şəhərdə icra strukturlarının da fəaliyyətini xüsusi qeyd etmək olar. Sevindirici hal ondan ibarət idi ki, dini məzhəbindən asılı olmayaraq hər bir dindar dövlətə və dövlətçiliyə xidmət naminə bir olduqlarını söyləyirdilər. Bu görüşdə Gəncədə fəaliyyət göstərən və axundları xanımlar olan qadın məscidinin axund və icma üzvləri iştirak edirdilər. Onların da dinə və dövlətçiliyimizə münasibəti olduqca səmimi və birmənalı idi. Qadın axundlar ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə görüşlərini sevinclə xatırladılar, birinci xanımın gördüyü xeyirxah işlərdən ürək dolusu söhbət açdılar, razılıq etdilər.

Mən Gəncədə olarkən tarixi Şah Abbas məscidini və Rus Pravoslav Kilsəsini də ziyarət etdim, dindarlarla görüşdüm. Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Ata, həmçinin Gəncə şəhər Yəhudi Dini İcmasının sədri Arif Babayev bizimlə birgə İmamzadədə tədbirdə iştirak etdi, həmçinin onlar İmamzadədə təşkil edilən bayram süfrəsində də bizimlə birlikdə oldular. Bu isə təkcə Azərbaycana xas olan unikal tolerantlıq mədəniyyətidir.

-Səfər çərçivəsində ön cəbhədə hərbi xidmət edən əsgər və zabitlərimizlə də görüşmüsünüz. Azərbaycan Ordusunun hazırki mənəvi durumu və əsgərlərimizin əhvalı ilə bağlı nə deyə bilərsiniz?

-Bayram günlərində düşmənlə üzbəüz mövqelərimizdə xidmət edən əsgərlərimizi görmək, onlarla bir süfrədə nahar etmək, düşməndən yenicə azad edilmiş torpaqlarımızdan düşmən mövqelərini müşahidə etmək unudulmaz və qürurverici idi. Səfər çərçivəsində 3 hərbi hissədə oldum. Əsgərlərlə və zabitlərlə görüşdüm, onlarla son dövr cəbhədə baş verən hadisələrin bütün xalqımızda yaratdığı yeni qalibiyyət ruhu və arzusu barədə söhbətlər etdik. Mərd, qorxmaz və cəsur əsgərlərimizin döyüş ruhu, Vətən məhəbbəti məni hədsiz qürurlandırdı. Onların sözünün əvvəli də, sonu da bu şəkildə bitirdi: “Torpaqlarımızı həmin an azad etmək üçün Ali baş Komandanın əmrini səbirsizliklə gözləyirik”.

Tapqaraqoyunlu kəndi istiqamətində qəhrəman tankçılarımızın və topçularımızın düşməndən təmizlədiyi doğma torpaqlarımıza qədəm basmaq, üçrəngli bayrağımızın o yerlərdə dalğalandığını görmək necə də xoş və qürurvericidir. Bu hissləri tezliklə Dağlıq Qarabağın müxtəlif yerlərinə qədəm basdığımızda da yaşayacağımıza əminəm. Cənab Ali Baş Komandanın siyasəti bizi tam qələbəyə doğru aparır.

-Alimlərimiz, ictimai xadimlərimiz ordumuza necə kömək olmalıdır?

-Biz peşəsindən, ictimai, siyasi mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hamımız ordumuzun yanında olmalıyıq. Ordu xalqın dəstəyini, ziyalılarımızın onlarla olduğunu görəndə daha əzəmətli və qətiyyətli olur.

Bu gün ordu quruculuğu sayəsində ordunun nə ərzaq, nə geyim, nə də silah-sursat çatışmazlığı problemi yoxdur. Biz sadəcə öz qəlbimizlə, cismimizlə, ruhumuzla əsgərlərimizin yanında olmalıyıq. Gənc zabitlərimiz, əsgərlərimiz intellektual ünsiyyətə, tariximiz, mədəniyyətimiz, dinimizlə bağlı fikir mübadilələrinə bəzən mənəvi ehtiyac duyur. Bu istiqamətdə maraqlı layihələr həyata keçirməyi düşünürük. Onlara təkcə nəyisə öyrətmək yox, eyni zamanda, onlardan öyrənməyi də qarşıya məqsəd qoymalıyıq.

-Səfər əsnasında görüş keçirdiyiniz əsgər və zabitlərimizin sizdən hansısa istək və ya xahişləri oldumu?

-Əsgər və zabitlərimizin əsas xahişləri də elə bu oldu. Hərbi hissələrdə mütəmadi olaraq müxtəlif mövzularda, əsasən də tariximizlə, mədəniyyətimizlə, bu günümüzlə bağlı “dəyirmi masa”lar, elmi müzakirələr, dinləmələr keçirilsin. Müzakirələr elə bir rejimdə keçirilsin ki, əsgər və zabitlər də müzakirələrə qoşulub fəal iştirak edə bilsinlər. Hərbi hissələrimizdə dövlətçiliyimiz, vətənpərvərlik tərbiyəsi, tariximiz, ədəbiyyatımız və başqa mövzularda konfransların, tədbirlərin keçirilməsi üçün çox gözəl şərait var. Dediyim kimi, bu təklifləri yaxın vaxtda dəyərləndirməyi düşünürük.

-Kamal müəllim, bu səfər yeni layihə və proqramların icrasına başlamaq üçün rəhbərlik etdiyiniz Xidmətin qarşısına hansı yeni vəzifələr qoydu?

-İnsanlarla ünsiyyət, onları dinləmək həmişə yeni ideyaların ortaya çıxmasına yol açır, yeni layihələrə başlanğıc verir. Məscidləri ziyarət etdikdə orada yaradılmaqda olan məscid kitabxanalarının daha da zənginləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Milli Kitabxana, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə birgə fəaliyyət göstərməsi üçün yeni layihələrə başlayacağımızı düşünürəm. Həmçinin müxtəlif bölgələrdən olan din xadimlərimizin bir-biri ilə görüşlərinin təşkili, hansısa sosial, mənəvi məsələ ilə bağlı onların fikir mübadiləsi aparması üçün imkanların yaradılması da yeni ideyalardandır.

Həmçinin hərbi hissələrimizdə ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, alimlərimizlə əsgər və zabitlərimizin “dəyirmi masa”, konfrans formatında görüşlərinin təşkili də yeni ünsiyyət forması sayıla bilər. Bu istiqamətlərdə işlərimizi daha intensiv şəkildə davam etdirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub