Kamerun nümayəndəsi: Azərbaycanın davamlı inkişaf istiqamətində mühüm rolu var VİDEO
Bakı, 19 may, AZƏRTAC
WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm platformadır. Sessiya hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrini bir araya gətirərək həm layihələrin təqdim olunmasına, həm də qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Kamerundan olan iqtisadiyyat üzrə PhD namizədi və “World Cameroon” təşkilatının rəhbəri Miriam Nakita Bossogueno Aboya deyib.
O bildirib ki, tədbir çərçivəsində keçirilən gənclər assambleyası da çox əhəmiyyətlidir. Gənclərin kreativ yanaşmaları gələcək şəhərlərin qurulmasına mühüm töhfə verir.
Kamerun nümayəndəsi əlavə edib ki, Azərbaycanın da davamlı inkişaf istiqamətində mühüm rolu var və bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.