BMT nümayəndəsi: Biz məskunlaşmaya sosial funksiya kimi baxmalıyıq
Bakı, 19 may, AZƏRTAC
Bəzi ölkələrdə investisiyalar yalnız yüksəkgəlirli məskunlaşma evlərinə yönəlir. Nəticədə yerdəyişən icmalar, balaca şəhərlər investisiyadan kənarda qalırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının siyasət və proqram dəstəyi bürosunun direktor müavini Francine Pickup BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Biz məskunlaşmaya sosial funksiya kimi baxmalıyıq və bu çox vacibdir. Məskunlaşma bütün xidmətlərə çıxış təmin edir - səhiyyə, sosial məşğulluq və sair. Məsələn, Kolumbiyada təcrübə var ki, on illərlə münaqişə içində yaşayan bir ölkədə biz 170 bələdiyyə ilə əməkdaşlıq çərçivəsində icmaların bir-birinə etimadını gücləndirdik, insanlarla yerli qurumlar arasında inamı artırdıq. Bu, həm də böhranlara dayanıqlığı artırmaqdır”, - deyə F.Pickup qeyd edib.
O bildirib ki, heç kim böhran və şoklardan sığortalanmayıb: “Məskunlaşma dayanıqlı inkişaf mövzusudur. Biz donor vəsaitlərini cəlb edib digər maliyyə mənbələrinə çıxış əldə edirik. Məskunlaşma qadınların iqtisadi imkanlarını da dəyişir”.
Fotoqraf - Səfiyar Məcnun