WUF13-də ekstremal təbiət hadisələrinin şəhər infrastrukturuna vurduğu zərərlərin azaldılması yolları müzakirə edilir
Bakı, 19 may, AZƏRTAC
Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığın gücləndirilməsi, xüsusilə ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna, yaşayış sahələrinə vurduğu zərərlərin azaldılması, həyat xilas edən elmi əsaslı qərarların qəbulunda çox riskli erkən xəbərdarlıq sistemlərinin rolu müzakirə edilir.
Müxbirlər - Göyçək Mahmudlu, Aydan Həsənli, Fidan ƏlizadəVideoope
rator - İlham Nadirov
Fotoqraf - Azər İbrahimov