“HOMA” rəhbəri: WUF13 dayanıqlı şəhərsalma üçün vacib imkanlar təqdim edir
Bakı, 19 may, AZƏRTAC
Azərbaycana ilk dəfə səfər etməkdən və WUF13-də iştirakdan çox məmnunam. Ölkənizin necə inkişaf etdiyinə və yüksək mədəniyyətə sahib olduğuna heyran oldum.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Böyük Britaniyanın şəhərsalma və infrastruktur şirkəti olan “HOMA”nın direktoru Maged Hanna deyib.
O bildirib ki, WUF13 tədbiri müxtəlif ölkələrin bir araya gələrək urbanizasiya, davamlı və dayanıqlı şəhərsalma ilə bağlı fikir və təcrübə mübadiləsi aparması baxımından faydalıdır.
"İnanıram ki, iştirakçı ölkələr WUF13-ün şəhərsalmanın inkişafı və dayanıqlı şəhərlərin qurulması sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirəcəklər və bu tədbir çərçivəsində çox maraqlı müzakirələrin keçiriləcəyinə ümidvaram", - deyə Maged Hanna qeyd edib.