Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
Ankara, 19 may, AZƏRTAC
Türkiyədə 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Türkiyənin vilayətlərində, habelə ölkənin xaricdəki diplomatik nümayəndəliklərində bayram tədbirləri və yürüşlər təşkil olunur.
Ölkənin gənclər və idman naziri uşaqlar və yeniyetmələrlə birlikdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edəcək.
Mövcud ənənəyə görə, yüksəkvəzifəli şəxslər müvəqqəti olaraq vəzifələrini uşaqlara təhvil verir və bununla da dövlətin gələcək nəsil Türkiyə vətəndaşlarına verdiyi əhəmiyyəti vurğulayırlar.
Kapadokiya turizm bölgəsinin üzərindən səmaya Türkiyə bayraqları daşıyan onlarla hava balonu qalxacaq.
1919-cu il mayın 19-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsun şəhərində gənclərə müraciət edərək ölkə ərazisinin bir hissəsini ələ keçirən işğalçılara qarşı mübarizənin başlandığını elan etmişdi. Bu çıxış Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələnən milli azadlıq mübarizəsinin əsasını təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [11:24]
Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb
- 19.05.2026 [10:56]
Media: 50 milyon amerikalı fırtına və tornado təhlükəsinə məruz qalıb
- 19.05.2026 [10:56]
Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var
- 19.05.2026 [10:46]
Vladimir Putin: Rusiya-Çin dostluğu hər hansı bir ölkəyə qarşı yönəlməyib
- 19.05.2026 [10:29]
Almaniyanın vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir
- 19.05.2026 [08:13]
“Politico”: ABŞ Kubaya qarşı hərbi güc tətbiqinə daha ciddi yanaşır
Azərbaycanın novator şairi
- [10:27]
Pezeşkian: ABŞ ilə dialoq təslim olmaq demək deyil
- 18.05.2026 [23:49]
İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzub
- 18.05.2026 [22:34]
Marneulidə “Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi olub
- 18.05.2026 [22:15]
Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı günü” elan olunub
- 18.05.2026 [22:00]
Bakıda küçə itlərinə həsr olunmuş sərgi açılıb
- 18.05.2026 [21:53]