Kamerunda avtomobil qəzasında 12 nəfər həyatını itirib
Bakı, 01 mart, AZƏRTAC
Kamerunun şimalında ağır yol-nəqliyyat hadisəsi nəticəsində səkkizi qadın və dördü uşaq olmaqla azı 12 nəfər ölüb, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar regional xəstəxanalara yerləşdirilib.
AZƏRTAC “BNN Breaking” saytına istinadla xəbər verir ki, Mayo-Tsanaqa departamentinin Mokolo şəhərindən yola düşən avtobus dünən axşam saatlarında qəzaya uğrayıb.
İlkin araşdırmaya görə, qəzaya texniki nasazlıq və həddindən artıq yüklənmə səbəb olub. Belə ki, qəza zamanı 22 yerlik avtobusa 34 nəfər minib.
Sərnişinlərin əksəriyyəti aylıq ərzaq paylarını almaq üçün miqrant düşərgəsinə gedən qaçqınlar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:46]
Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]