Kamran Musayev: Azərbaycanda kardiologiya və kardiocərrahiyyə dünya standartlarına uyğundur
Bakı, 27 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanda ürək və damar cərrahiyyəsi cəmiyyətinin sədri kimi tam məsuliyyətlə deyə bilərəm ki, ölkədə kardiologiya və kardiocərrahiyyə dünya standartlarına uyğunlaşdırılıb. Bu, mənim şəxsi fikrim deyil, nəzəri-praktik biliklər bunu sübut edir.
Bunu AZƏRTAC-a açıqlamasında ürək-damar cərrahı, professor Kamran Musayev deyib.
Professor bildirib ki, hazırda Azərbaycanda dünyada kardiologiya və kardiocərrahiyyə sahəsində icra edilən bütün diaqnostik və müalicəvi prosedurlar həyata keçirilir: "Bunu dünyanın tibb cəmiyyəti də təsdiqləyir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə kardiologiya və kardiocərrahiyyə sahəsində görülən işlər azərbaycanlı mütəxəssislər tərəfindən icra edilir. Bu, Azərbaycanda kardiologiyanın uğurlu inkişafından xəbər verir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]