RƏSMİ XRONİKA
KANADANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB STEFEN HARPERƏ
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizi və bütün Kanada xalqını öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Dövlətlərarası münasibətlərimizin qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq ruhunda inkişafından məmnunluq duyuram. Əminəm ki, uğurlarımızı daha da artırmaq, əlaqələrimizi dərinləşdirmək sahəsində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2007-ci il.