Kanadanın Vaterloo Universiteti Azərbaycan İnformasiya Texnologiyaları Universiteti ilə əməkdaşlıq edəcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Kanadanın Vaterloo Universitetinin prezidenti Feridun Hamdullahpurla görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Ə. Abbasov informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlər, bu sahədə aparılan islahatlar və perspektivlər barədə məlumat vermiş, sektorun inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulamışdır.
Nazir yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin təşkilində Vaterloo Universitetinin təcrübəsinin nəzərdən keçiriləcəyini, həmçinin birgə fəaliyyət planının hazırlanacağını bildirmişdir.
F.Hamdullahpur ölkəmizdə İKT-nin Azərbaycanda prioritet elan edilməsini, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirmişdir.
Vaterloo Universitetində təhsil alan 30 azərbaycanlı tələbənin yüksək göstəricilər əldə etdiyini deyən qonaq təcrübə mübadiləsinin vacibliyini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]