KAPİTAL BANK 300 MİN PLASTİK KART EMİSSİYA ETMİŞDİR
Bank müxtəlif hökumət proqramları çərçivəsində bir sıra layihələri uğurla həyata keçirir. MasterCard International və Visa International sistemlərinin əsas iştirakçılarından biri olaraq, bu kartların buraxılmasında bərabərliyi saxlamağa çalışır.
Hazırda Kapital Bankın kart portfelinin 50 faizini Maestro və MasterCard, qalanını isə Electron/Visa kartları təşkil edir. Azərbaycanda Maestro/MasterCard-ların buraxılmasında bank bütün respublika üzrə liderdir və dövriyyədə olan kartların 55 faizini emissiya etmişdir.
Plastik kart xidmətləri də günbəgün təkmilləşdirilir. Belə ki, bank 152 bankomat və 230 POS-terminala malikdir. Yaxın günlərdə daha 20 bankomatın quraşdırılması nəzərdə tutulmuşdur.
Bank bazarı təhlil edərək, yeni məhsul- Visa Virtual kartlarını sertifikatlaşdırmışdır. Bu kartların köməyi ilə İnternet vasitəsilə də bank əməliyyatları həyata keçirmək mümkün olacaqdır. Yeni kartların buraxılışı yaxın 2 aya reallaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:03]
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
- 12.10.2026 [16:48]
Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb
- 12.10.2026 [16:35]
Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub
- 12.10.2026 [16:30]