Karantin rejimi dövründə postlardan icazəsiz keçmək istəyən 203 nəqliyyat vasitəsi geri qaytarılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə postlardan keçməyə cəhd edən hərəkət iştirakçılarının sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, dekabrın 14-ü 2020-ci il saat 08:00-dan dekabrın 15-i 2020-ci il 08:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb. Ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]