Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kazinform”: Qazaxıstan-Azərbaycan əlaqələri iqtisadi praqmatizm və mənəvi yaxınlığa əsaslanır

“Kazinform”: Qazaxıstan-Azərbaycan əlaqələri iqtisadi praqmatizm və mənəvi yaxınlığa əsaslanır

Bakı, 20 oktyabr, AZƏRTAC

Qazaxıstanın “Kazinform” rəsmi informasiya agentliyi Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri ərəfəsində “Astana-Bakı: İqtisadi praqmatizm və mənəvi yaxınlıq” sərlövhəli geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanır. Qeyd edilir ki, diplomatik münasibətlərin 33 ili ərzində Qazaxıstan və Azərbaycan inkişafın demək olar ki, bütün sahələrini əhatə edən güclü və hərtərəfli tərəfdaşlıq qurub. Hər il iki ölkə arasında tərəfdaşlıq əhəmiyyətli dərəcədə möhkəmlənir və bu, 170-dən çox sənəddən - dövlətlərarası müqavilələrdən, sazişlərdən, memorandumlardan və protokollardan ibarət geniş hüquqi bazada öz əksini tapır.

Məqalədə vurğulanır: “Əməkdaşlıq həm ikitərəfli, həm də BMT, TDT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edir. Dövlətlərarası əlaqələrin əsasını 2005-ci ildə imzalanmış strateji müttəfiqlik haqqında müqavilə və strateji əlaqələrin dərinləşdirilməsi və müttəfiq əməkdaşlığın genişləndirilməsi öhdəliyini təsbit edən 2022-ci il Bəyannaməsi təşkil edir”.

“Kazinform” diqqətə çatdırır ki, 2025-ci ildə Qazaxıstan və Azərbaycan liderləri yüksək səviyyədə fəal və məhsuldar dialoqu davam etdiriblər. Mayın 17-də və avqustun 10-da Kasım-Jomart Tokayev ilə İlham Əliyev arasında telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik, ticarət və birgə layihələr müzakirə olunub. Bununla yanaşı, beynəlxalq tədbirlər və regional formatlar çərçivəsində şəxsi görüşlər də baş tutub. Yanvarın 13-14-də prezidentlər Dayanıqlı İnkişaf Həftəsi çərçivəsində Əbu-Dabidə görüşüb, burada ətraf mühit, yaşıl enerji və rəqəmsallaşma məsələlərini müzakirə ediblər. Dövlət başçıları, həmçinin mayın 20-21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşündə görüşüblər. Görüş zamanı regional inteqrasiya və birgə iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Oktyabrın 6-7-də Kasım-Jomart Tokayev İlham Əliyevin dəvəti ilə Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşündə iştirak edib. Əsas diqqət nəqliyyat və logistika dəhlizlərinin modernləşdirilməsi, enerji və rəqəmsal sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi, türk ölkələrinin beynəlxalq arenada səylərinin əlaqələndirilməsi olub.

Məqalədə daha sonra qeyd olunub: “Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli ticarət güclü artım nümayiş etdirir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi 547,6 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən üç dəfə çoxdur. Ənənəvi olaraq, Qazaxıstanın əsas ixracatı olan buğda yanvar-avqust aylarında 570,4 min ton (121,5 milyon dollar), neft və neft məhsulları (38,2 milyon dollar) təşkil edib, kənd təsərrüfatı və enerji məhsullarına sabit tələbat müşahidə olunub. Hər iki ölkənin aktiv biznes fəaliyyətini sahibkarlıq strukturu da təsdiqləyir. Qazaxıstanda Azərbaycan kapitallı 1500-ə yaxın şirkət, Azərbaycanda isə 150-yə yaxın Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. Bu, onların bir-birinin bazarlarında iqtisadi iştirakını genişləndirmək üzrə qarşılıqlı marağı əks etdirir. 2005-ci ildən 2025-ci ilin birinci rübünə qədər Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyaları 424,6 milyon dollar, o cümlədən bu ilin ilk üç ayında 3,8 milyon dollar təşkil edib. Qazaxıstan, öz növbəsində, həmin dövrdə Azərbaycana 156 milyon dollar, o cümlədən 2024-cü ildə 32,6 milyon dollar investisiya yatırıb. Bu rəqəmlər iki ölkənin iqtisadi əməkdaşlığın dərinləşdirilməsində və qarşılıqlı investisiya layihələrinin inkişaf etdirilməsində davamlı marağı olduğunu təsdiqləyir”.

Tranzit və neft ixracı üzrə əməkdaşlığa toxunan “Kazinform” yazıb: “Qazaxıstanın tranzit və ixrac axınları, xüsusən də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) boyunca sürət qazanmağa davam edir. 2025-ci ilin ilk yeddi ayında bu dəhlizlə 2,6 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artım deməkdir. Konteyner daşımalarında xüsusilə güclü artım müşahidə olunub: onun həcmi təxminən iki dəfə artaraq 40,200 TEU-ya (iyirmi fut ekvivalent vahid) çatıb. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixracı xüsusilə vacibdir. 2022-ci ilin noyabr ayından etibarən “KazMunayQaz” SC (QMQ) Azərbaycanın dövlət şirkəti SOCAR ilə birlikdə bu marşrutla neft tədarükünü həyata keçirir. Həcmlər tədricən artır: 2023-cü ildə 1 milyon tondan çox, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ilin ilk səkkiz ayında isə təxminən 0,9 milyon tondan çox yük daşınıb. Həmçinin 2027-ci ilə qədər bu marşrutla neft ixracının ildə 7 milyon tona çatdırılması planlaşdırılır. Bundan başqa, Bakı-Supsa neft kəmərinin əlavə marşrut kimi istifadə edilməsi imkanları nəzərdən keçirilir. Mütəxəssislər qeyd edirlər ki, konkret marşrutların və tədarük həcminin seçimi kommersiya məqsədəuyğunluğu və infrastrukturun hazırlığı ilə müəyyən ediləcək”.

Məqalədə iki ölkə arasında rəqəmsal texnologiyalar və energetika dəhlizləri üzrə sıx əməkdaşlıqdan da bəhs edilib: “Qazaxıstan və Azərbaycan regional və beynəlxalq əhəmiyyətli iki böyük infrastruktur layihəsi həyata keçirirlər. Birincisi, Aktau-Sumqayıt sualtı fiber-optik rabitə xəttidir (FOCL). Layihə Xəzər dənizinin dibi ilə təxminən 380 km uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur. O, Qazaxıstanın qlobal internet şəbəkəsinə qoşulması, eləcə də Avropa ilə Çin arasında rəqəmsal trafikin tranziti üçün alternativ yüksəksürətli marşrut yaradacaq. Sistemin ötürmə qabiliyyəti 400 Tbps-i keçəcək. Bütün hazırlıq işləri 2025-ci ildə başa çatdırılıb: ofis və dəniz tədqiqatları aparılıb, sahil zonaları hazırlanıb, layihə tələblərinə cavab vermək üçün avadanlıq konfiqurasiya edilir və sınaqdan keçirilir. Tikintiyə 2026-cı ildə başlanması planlaşdırılır və layihənin ümumi dəyəri 22 milyard tengedən çoxdur”.

“Kazinform” Qazaxıstan ilə Azərbaycan arasında mədəni-humanitar və turizm sahələrində əməkdaşlığın genişləndiyini də diqqətə çatdırıb: “Son illər Qazaxıstan ilə Azərbaycan arasında mədəni əlaqələr fəal inkişaf edir və ikitərəfli münasibətlərin mühüm tərkib hissəsinə çevrilir. Milli adət-ənənələrin və müasir incəsənətin qarşılıqlı anlaşmasını təşviq edən mədəniyyət günləri, kinofestivallar, sərgilər, qala-konsertlər, teatr tamaşaları mütəmadi olaraq keçirilir. Əlamətdar hadisələrdən biri də Qazaxıstanın Qarabağdakı kitabxanalara kitab hədiyyə etməsi oldu. Qazaxıstan Füzulidə Azərbaycan üçün Uşaq İncəsənət Mərkəzi tikib. Bakıda və Sumqayıtda Qazaxıstanın görkəmli mədəniyyət və elm xadimlərinin adına küçələr salınıb, Abay Kunanbayevin, Jambıl Jabayevin və Qazaxıstanın digər görkəmli xadimlərinin yubileyləri ilə bağlı anım tədbirləri təşkil olunub.

Davamlı olaraq müştərək təhsil və elmi layihələr həyata keçirilir; tələbə mübadiləsi, konfranslar, birgə elm və təhsil mərkəzlərinin, sərgilərin, dəyirmi masaların açılması bu qəbildəndir. Mart ayında Bakıda iki ölkənin aparıcı universitetləri arasında 40 anlaşma memorandumu paketi imzalanıb və təhsil sərgisi Qazaxıstanın 23 universitetinin nümayəndələrini bir araya gətirib. Qazaxıstan mədəniyyəti Azərbaycan ictimaiyyətinə getdikcə daha çox tanıdılır. 2025-ci ildə Bakıda Qazaxıstan Kinosu Aylığı keçirilib. İncəsənət, kino, etnoqrafiya və turizm sahələrində birgə layihələr də fəal şəkildə inkişaf edir, ölkələr arasında humanitar əlaqələri güclənir və Azərbaycanda qazax mədəniyyətinə maraq artır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb