Keçən il ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub
Bakı, 31 yanvar, AZƏRTAC
2021-ci ildə ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, keçən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (202,5 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (160,2 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
Ötən ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (34,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (26,9 milyon ABŞ dolları) ikinci və karbamid (25,1 milyon ABŞ dolları) üçüncü olub.