Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik
Ağdam, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Hər Novruz bayramında Allahdan arzu edirdik ki, növbəti bayramı Qarabağda keçirək. İndi arzularımız gerçəkləşir. 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik.
Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Zenfira Hümbətova deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbə qazandığını bildirən Zenfira Hümbətova, qəhrəman Vətən övladlarının sayəsində öz doğma yurdlarına qayıtdıqlarını vurğulayıb.
Qeyd edək ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Böyük Qayıdış proqramı çərçivəsində martın 14-də Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 24 ailə - 98 nəfər köçürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:44]
“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]