Kənan Əkpərov: Səfirliklərin elektron sistemdən əldə edilən arayışları tanıması üçün işlər görülür
Bakı, 5 fevral, AZƏRTAC
Ötən il ərzində vətəndaşlar tərəfindən 711 min elektron arayış əldə edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov fevralın 5-də keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, elektron arayışın əldə olunması ilə bağlı təkmilləşdirmələr həyata keçirilib: "Niyyətimiz təqdim edilən arayışların qurumlar tərəfindən tanınmasıdır. Əsasən səfirliklərlə bağlı problem yaşayırıq. Bununla bağlı işlər aparırıq ki, səfirliklər də elektron sistemdən əldə edilən arayışı tanısınlar. Bu il bunun üzərində daha çox fokuslanacağıq ki, səfirliklərə sistem üzərindən birbaşa arayışlar təqdim edilsin".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:57]
Cəlal Qasımov: Yeni texnologiyalar sürətlə həyatımıza daxil olur
- 05.02.2026 [13:49]
“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir
- 05.02.2026 [13:35]