KƏND ƏMƏKÇİLƏRİ 2005-Cİ İLİ UĞURLA BAŞA VURMUŞLAR
Naxçıvan Muxtar Respublikası əhalisinin 70 faizindən çoxunun kənd yerlərində yaşaması, əmək qabiliyyətli əhalinin əksər hissəsinin kənd təsərrüfatında çalışması bu regionda aqrar sahənin inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanmasına əsas verir. Bunun nəticəsidir ki, 2005-ci ildə 24 min 150 hektar sahədən 93 min tondan çox taxıl, 5 min 686 hektar sahədən 56 min 414 ton tərəvəz, 36 min 432 ton meyvə əldə edilmişdir. Ötən ilin son göstəricisinə görə, muxtar respublikanın bütün təsərrüfat subyektlərində qaramalın sayı 100 min 974 başa, davarın sayı isə 602 min başa çatdırılmışdır. 2004-cü illə müqayisədə qaramalın sayı 16 min 885 baş, davarın sayı isə 97 min 329 baş artırılmışdır.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın kənd əməkçiləri ötənilki nailiyyətləri daha da artırmaq məqsədi ilə yeni ilin ilk günlərindən səylə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]