KƏND KİTABXANASI YENİ BİNAYA KÖÇMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağsu rayonundakı Daşdəmirbəyli kənd kitabxanası təzə binaya köçmüşdür. Burada 800 nəfərədək əhalisi olan kənd sakinlərinə normal xidmət üçün hər cür şərait yaradılmışdır. Kitabxanaya əlavə olaraq, latın qrafikalı 469 nüsxə ədəbiyyat verilmiş, ümumi kitab fondu 2855 nüsxəyə çatdırılmışdır. Azərbaycanın və xarici ölkələrin tanınmış yazıçılarının əsərlərini əldə edə, yeni nəşrlərlə tanış ola, gündəlik mətbuatdan istifadə edə bilərlər.