KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ YIĞIMI DAVAM EDIR
Bakı, 26 oktyabr (AZƏRTAC). Kənd təsərrüfatı məhsullarının yığımı sürətlə davam edir.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99,5 faizinin məhsulu toplanmış və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2 milyon 965,4 min ton, yaxud keçən ilin müvafiq dövründəkindən 484,2 min ton və ya 19,5 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı ötən ilin səviyyəsindən 1,3 sentner aşağı olmuşdur. Tarlalardan 892,9 min ton kartof, 1 milyon 104,5 min ton tərəvəz, 414,2 min ton meyvə və giləmeyvə, 406,4 min ton bostan məhsulları, 76,8 min üzüm, 6,2 min ton pambıq, 360,1 ton yaşıl çay yarpağı, 1 milyon 756,3 ton tütün toplanmışdır.
İribuynuzlu mal-qara 2 milyon 580,1 min başa, davar 8 milyon 374,2 min başa çatmış, bu dövrdə 227,2 min ton diri çəkidə ət, 1 milyon 75,8 min ton süd, 896 milyon yumurta, 14,4 min ton yun istehsal olmuşdur.
Beləliklə, bitkiçilik məhsulları istehsalı ötənilki səviyyədən 3,3 faiz, heyvandarlıq məhsulları istehsalı 2,2 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 2,9 faiz yüksək olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 388,6 min hektar sahənin torpağını şumlamış, 18,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]