Azərbaycan Dövlət İnformasiya Agentliyi

KƏND TƏSƏRRÜFATI NAZİRİ İSMƏT ABASOVUN ÇIXIŞI

Kənd təsərrüfatı naziri İSMƏT ABASOV ilin birinci yarısında ölkə üzrə 864 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunduğunu diqqətə çatdırdı:

-Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Son illərdə islahatların dərinləşməsi, ictimai-siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin yüksəldilməsi və Azərbaycanın dünya iqtisadi sistemində layiqli yerini tutması xalqımız tərəfindən qürur və rəğbət hissi ilə qarşılanır.

2007-ci ilin birinci yarısında 864 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən bütövlükdə kənd təsərrüfatı məhsullarının 4,8 faiz artımını təşkil edir.

Cari ilin iyul ayının 30-na olan məlumata görə, 670 min 661 hektar sahənin taxılı biçilmiş, 1 milyon 767 min 858 ton taxıl istehsal edilmişdir. Ötən illə müqayisədə hər hektarın məhsuldarlığı 0,7 sentner çox olmuşdur. Taxıl biçini hələ davam edir. Hava şəraitinin qeyri sabit keçməsinə baxmayaraq, ilin sonuna 1,9-2,0 milyon ton payızlıq və yazlıq dənli və dənli-paxlalıların istehsalı gözlənilir.

Ayın əvvəllərində əhali arasında taxıl qıtlığı barəsində heç bir əsası olmayan şayiə yayılmışdı. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə real vəziyyəti əhaliyə çatdırırıq. Statistik məlumata görə, cari ilin yanvar ayının birinə respublikada 656,4 min ton taxıl qalığı olmuşdur. Bu ilin 6 ayında respublikaya 590,7 min ton taxıl gətirilmişdir.

Cari ilin yanvarın birinə olan taxıl qalığını, ilin birinci yarısında idxalı və əhali tərəfindən yarımillik istehlakı nəzərə alsaq, iyul ayının 1-nə respublikada 482,1 min ton taxıl qalığı yaranmışdır. Hesablamalar göstərir ki, cari ilin ikinci yarısında taxıl idxalının həcmi nəzərə alınmamaqla, daxili istehsal hesabına 2008-ci ilin yanvarın birinə 638 min ton ərzaq buğdası qalığı yaranacaqdır. Qeyd etmək lazımdır ki, əlavə dəyər vergisinin götürülməsi ilə əlaqədar taxıl idxalının intensivləşdirilməsi gözlənilir. Bu da taxıl qıtlığının yaranması barədə söhbətə son qoyulmasına bir daha əsas verir.

Hörmətli cənab Prezident!

Respublika əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın rolu ilbəil yüksəlir, ixrac olunan məhsulların miqdarı və çeşidi artır. 2007-ci ilin 5 ayı ərzində keçən ilin müvafiq dövrünə nisbətən ixrac edilən kənd təsərrüfatı və emal sənayesi məhsullarının ümumi həcmi 43,7 faiz artmış və 142 milyon ABŞ dolları təşkil etmişdir. Əhalinin kartof, tərəvəz, bostan və meyvə məhsulları üzrə adambaşına istehlak tələbatı daxili istehsal hesabına ödənilir.

İyul ayının 1-nə olan məlumata görə, sahələrdən 226,8 min ton kartof, 263,7 min ton tərəvəz, 14 min ton bostan məhsulları, 60,1 min ton meyvə, 368,4 ton yaşıl çay yarpağı yığılmışdır. Bu məhsulların yığımı davam etdirilir.

Keçən ilin müvafiq dövrünə nisbətən qaramalın sayı 3,7 faiz artaraq 2 milyon 475 min başa, davarların sayı 3,9 faiz artaraq 8 milyon 130 min başa çatmışdır. Cari ilin birinci yarısında keçən ilin eyni dövrünə nisbətən diri çəkidə 14,6 min ton və ya 11,4 faiz çox ət, 12,9 min ton yaxud 2 faiz çox süd, 9,4 faiz çox yumurta, 600 ton və ya 5,1 faiz çox yun istehsal olunmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamla kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması və eyni zamanda, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına dəyişiklik edilərək, “Aqrolizinq” ASC tərəfindən respublikaya gətirilən texnikanın siyahısına texnoloji avadanlıqların da daxil edilməsi, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə texnikaların lizinqə verilməsi və ya dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə müəyyən edilməsi kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır.

Hesab edirik ki, bu Sərəncam kəndli sahibkarlar tərəfindən böyük rəğbətlə qarşılanan, ölkəmizin aqrar siyasəti tarixində ən vacib sənədlərdən biridir. Cənab Prezident, bu diqqət və qayğıya görə, Sizə dərin minnətdarlığımızı bildiririk.

Yuxarıda adı çəkilən Sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə respublika Komissiyası yaradılmışdır. İyul ayından Komissiyanın mütəmadi olaraq iclasları keçirilmiş və rayon komissiyalarının təqdim etdikləri materiallar çox ciddi şəkildə müzakirə edilmişdir. Müzakirələr zamanı rayonlardan göndərilmiş sənədlərdən bu günə 25 rayonun sənədləri məqbul sayılmışdır. Hazırda sənədlərin araşdırılaraq baxılması davam etdirilir.

Hörmətli cənab Prezident!

Sizin fermer və sahibkarlar tərəfindən böyük rəğbətlə qarşılanan “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamınız öz bəhrəsini verir. 2005-ci ildən indiyədək “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövət vəsaiti hesabına 555 taxılyığan kombayn, 1324 traktor və ekskavator, 2920 ədəd müxtəlif kənd təsərrüfatı maşınları, 76 min 950 ton mineral gübrə alınmışdır. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalara müvafiq olaraq satılır və ya lizinqə verilir. Hazırda yeni texnoloji avadanlıqların və axın xətlərinin alınması üçün müvafiq işlər görülür.

Cənab Prezident, Sizin göstərişiniz əsasında ölkənin 55 rayonunda “Aqrolizinq”in aqroservis xidməti filialları, 10 təchizat bazası yaradılmışdır və onlar öz fəaliyyətlərini davam etdirir.

Cənab Prezidentin göstərişinə əsasən, ötən ilin iyul ayından Bakı şəhəri əhalisinin meyvə-tərəvəz məhsulları ilə təmin edilməsi və bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərinin süni artırılmasının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq satış yarmarkaları təşkil edilmişdir. Bu günədək 110 dəfə keçirilmiş yarmarkalarda 18,7 min ton kənd təsərrüfatı, heyvandarlıq və emal sənayesi məhsulları satılmışdır.

Hörmətli cənab Prezident!

Əhalinin ərzaq məhsulları, xüsusən kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində hərtərəfli kömək və qayğınıza görə respublikanın aqrar sahəsində çalışan fermer və sahibkarlar adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu diqqət və qayğıya cavab olaraq, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhalimizi keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb