Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova sentyabrın 20-də, saat 10:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-212-85-21) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:08]
Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar
- 13.10.2026 [11:43]
Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
- 13.10.2026 [11:06]
Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
- 13.10.2026 [10:17]
Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular
- 12.10.2026 [20:44]