Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi "AMAL" layihəsini təqdim edib YENİLƏNİB VİDEO

Bakı, 30 oktyabr, Ramiz Quliyev, AZƏRTAC

Oktyabrın 30-da Bakıda Kənd Təsərrüfatı Nazirliyinin “AMAL” adlı yeni layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlardan, gənclərin aqrar sektorda məşğulluğu ilə bağlı dövlətimiz tərəfindən görülən işlərdən söz açıb.

Onun sözlərinə görə, ölkədə fəal əhalinin təqribən 35-36 faizi məhz aqrar sektorda fəaliyyət göstərir. Bu sahədə rəqabətqabiliyyətli mühitin yaradılması, fermerlərə müvafiq

dövlət dəstəyinin təbliğ edilməsi, regionlarda yeni iş yerlərinin yaradılması da, kənd təsərrüfatı sahəsinin əsas prioritet istiqamətlərindən birinə çevrilib.

Nazir müavini bildirib ki, layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək, cəmiyyətin bütün sahələrində olduğu kimi aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, yaradıcı və innovativ potensialın üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, eləcə də, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviq edəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak qeyd edib ki, “AMAL “ layihəsi Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsinə verdiyi önəmin bariz nümunəsidir. Layihə FAO -Azərbaycan tərəfdaşlıq proqramına uyğun olmaqla, kənd təsərrüfatının inkişafını təşviq edir.

FAO rəsmisi bu layihənin əsas məqsədlərindən birinin də Azərbaycanda “yaşıl iş yerləri”nin yaradılması olduğunu söyləyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, əhalinin məşğulluğu sahəsində respublikada ciddi tədbirlər həyata keçirilib. Bu sahədə dayanıqlı inkişafa nail olunub, iqtisadiyyatın diversifikasiyası həyata keçirilib, yeni infrastruktur layihələri reallaşdırılıb. Nəticə etibarı ilə yoxsulluğun və işsizliyin səviyyəsi aşağı enib. Gənclərin məşğulluğunun təmin edilməsi dövlət tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulub və xüsusi proqramlar icra olunub.

Onun sözlərinə görə, bu proqramlara 2018-ci ildə təqribən 36 milyon manat sərf ediləcək və artıq 7800 şəxs həmin proqrama cəlb olunub. Eyni zamanda, 6530 şəxs öz biznes planlarını təsdiq edib ki, onun da 70 faizi aqrar sahə ilə bağlıdır. Növbəti ildə də bu proqramların icrasına əlavə vəsait nəzərdə tutulub.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclərin aqrar sahəyə daha çox cəlb edilməsinin vacibliyini qeyd edib. Nəzərə çatdırıb ki, indiki dövrdə gəncləri bu sahədə maarifləndirmək də zəruri şərtlərdən biridir.

Nazir müavini Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramının imzalandığını və orada məşğulluğun xüsusi bir bölüm olduğunu diqqətə çatdırıb. Bu baxımdan Gənclər və İdman Nazirliyi tərəfindən də gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, həmçinin əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması sahəsində məqsədyönlü tədbir görülür.

F.Hacıyev Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun Gənclər və İdman Nazirliyinin bu sahədəki imkanlarından yararlanmasını tövsiyə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov vurğulayıb ki, sözügedən layihədən ən çox faydalanan gənclərimiz olacaq.

Bildirilib ki, ölkə əhalisinin təqribən 30 faizini gənclər təşkil edir. Gənclər Fondunun da əsas məqsədi gənclərin sosial-iqtisadi və elmi potensialının artırılmasına yönəlmiş layihələrinin dəstəklənməsidir. “2011-ci ildə yaradılmış Gənclər Fondu 6 il müddətində 4 minə yaxın gənclər və gənclər təşkilatları tərəfindən daxil olmuş layihələri maliyyələşdirib. Bu layihələr sırasında kənd təsərrüfatının təşviq olunması, sahibkarlığın inkişafı ilə bağlı maarifləndirmə tədbirləri və gənclərimizin bilik və bacarıqlarının artırılmasına hesablanmış treninqlər də olub”.

F.Cəfərov Gənclər Fondunun qarşısında qoyulan vəzifələrin bir qədər də genişləndirildiyini söyləyib. Buraya, həmçinin gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi, beynəlxalq təşkilatlarda təcrübə keçməsi daxildir. Digər məqam isə gənclərin məşğulluq proqramıdır. Bu da iş təcrübəsi olmayan və ya iş tapmaqda çətinlik çəkən gənclərə dəstək göstərməkdən ibarətdir. 2019-cu ildən başlanılacaq yeni bir layihəyə əsasən isə, gənclərə Gənclər Fondu tərəfindən güzəştli kiçikhəcmli kreditlər veriləcək.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, “AMAL” layihəsi ilə bağlı bir neçə donor təşkilatlarla danışıqlara başlanılıb və artıq FAO ilə razılığa gəlinib.

M.Əliyev deyib ki, layihənin əsas məqsədlərindən biri gəncləri aqrar sahəyə cəlb etməklə, onların rifah halının yaxşılaşdırılmasıdır: “Bu gün kənd təsərrüfatında innovasiya məsələsi, “yaşıl texnologiya”ya söykənən dəyər zəncirinin inkişaf etdirilməsi, gələcəyin fermerlərini formalaşdırmaq, aqrar sahədə peşə təhsilini inkişaf etdirmək, kənd yerlərində yaşayan gənclərin ətraf mühitə yanaşma tərzini dəyişmək və sahibkarlar kütləsini formalaşdırmaq qarşımızda duran prioritet istiqamətlərdir. Nəticə etibarilə əsas məqsəd ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsidir”.

Xidmət rəisi vurğulayıb ki, layihəyə əsasən, gənclərlə maarifləndirici aksiyalar keçiriləcək. İlkin mərhələdə AMAL.gov.az saytı istifadəyə verilib. Daha sonra şəffaf seçim komitəsi yaradılacaq. Gənclərin resurslara çıxış imkanları araşdırılacaq. Onlara bütün sahələrdə dəstək veriləcək.

Kənd Təsərrüfatı Nazirliyi "AMAL" layihəsini təqdim edib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir

Bakıda 26 dərəcəyədək isti qeydə alınıb, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bu saata olan əsas xəbərlər

Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır

Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqlayıb

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Cəlilabadda zəlzələ baş verib

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

Türkiyədə zəlzələ olub

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb  - YENİLƏNİB 2

Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq

“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub

Fransada Yelisey sarayında axtarış aparılıb

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Azərbaycan Minifutbol Federasiyasının prezidentinin millinin üzvləri ilə görüşü olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub

U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir