KƏNDDƏ YENİ MƏKTƏB BİNASI TİKİLİR
Şəmkir rayonunun ən böyük kəndlərindən olan Seyfəlidə yeni məktəb binası tikilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 10 sinif otağından, bir neçə laboratoriya kabinetindən və idman zalından ibarət olacaq yeni binada artıq tamamlama işləri görülür. İnşaatçılar şagirdlərin yeni dərs ilini təzə məktəbdə qarşılayacaqlarına söz vermişlər.