Kəngərli Rayon Rabitə Evi üçün binanın tikintisi başa çatdırılıb
Kəngərli, 16 noyabr, AZƏRTAC
Bu ilin aprel ayından başlayaraq muxtar respublikanın Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində Rabitə Evi üçün inşa olunan binada tikinti işləri başa çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Rabitə Evi zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada əhaliyə rabitə xidməti ilə yanaşı, poçt xidmətləri də göstəriləcək. Rabitə Evində iş otaqları, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, iclas zalı, avtomat telefon stansiyası, bufet və qazanxana nəzərdə tutulub.
Hazırda binanın tikintisində bütün işlər yekunlaşıb, binanın ətrafında abadlıq-təmir işləri aparılıb, yeni işıqlandırma sistemi və su xətti çəkilib, yaşıllıq zolağı salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:57]
Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO
- 30.09.2026 [17:28]