KENİYADA PULLARININ DÜZÜLÜŞÜ “ALLAHÜ-ƏKBƏR” SÖZLƏRİNƏ BƏNZƏYƏN BALIQ OĞURLANMIŞDIR
Keniya Balıqçılıq Departamentindən pullarının düzülüşü “Allahü-əkbər” sözlərinə bənzəyən tunes balığı oğurlanmışdır. AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, hakimiyyət nümayəndələrinin sözlərinə görə, oğrular özlərini Milli Muzeyin əməkdaşları kimi təqdim edərək, balığı maneəsiz götürüb aparmışlar.
2,5 kiloqramlıq balıq bu yaxınlarda tutulmuşdu. Balığın üstündəki pulların düzülüşünün “Allahü-əkbər” sözlərinə bənzəməsini mağazanın satıcısı görmüşdür. Bundan sonra balıq muzeyə verilmək üçün balıqçılıq departamentinə gətirilmişdi.
Departamentin nümayəndəsinin sözlərinə görə, oğurluq hadisəsindən əvvəl onlara bir neçə dəfə balığı satmağı təklif etmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]