SİYASƏT
Kentaki ştatının Senatı Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə dair qətnamə qəbul edib
![Kentaki ştatının Senatı Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə dair qətnamə qəbul edib](/files/2016/1/1200x630/14562872204695943506_1200x630.jpg)
Vaşinqton, 24 fevral, AZƏRTAC
ABŞ-ın Kentaki ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü ilə bağlı qətnamə qəbul edib.
Qətnamədə Azərbaycan xalqının 1990-cu ilin 20 Yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır. Qara Yanvar faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi vurğulanır. Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentaki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton