Kikboksinqçilər respublika kuboku uğrunda mübarizəyə başlayıblar
Bakı, 6 dekabr, AZƏRTAC
Bu gün Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında respublika kuboku yarışı start götürüb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnir “low kick” və “Full Contact” versiyası üzrə keçirilir. Yarışda ümumilikdə 500-dən çox idmançı iştirak edir.
Respublika kuboku yarışı 2023-cü il üçün milli heyətləri müəyyənləşdirmək məqsədi daşıyır.