Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kino sənətinin vurğunu

Bu gün Xalq artisti Rasim Ocaqovun anadan olmasının 91-ci ildönümü tamam olur

Bakı, 22 noyabr, AZƏRTAC

Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında öz məna tutumu, rəngarəngliyi, baxımlılığı ilə ayrıca bir səhifəyə çevrildi. O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə edib, yeri gələndə isə hər birini solo kimi də aksentləşdirib.

Rasim Ocaqov kinoya ötən əsrin ikinci yarısından başlayan canlanma dövründə qədəm qoyub və mütəxəssislərin qənaətincə, böyük ekranın yoluxduğu bir sıra ənənəviçilik “paslanma”larına son qoyub. Həmin vaxtlaradək ürəyində başqalarının “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini gəzdirən Rasim: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq” əlavəsini edir və bunu “Bizim küçə”, “Onun böyük ürəyi”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” və s. filmlərdəki operatorluğu ilə sübuta yetirir.

Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür. Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 91-ci ildönümü tamam olur.

Yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca mərhələ olan sənətkar

Azərbaycanın mədəniyyət ocağı, demək olar, bütün sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Şəki Rasim Ocaqov kimi bir dahini də Azərbaycan kinematoqrafiyasına bəxş edib.

Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.

Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.

Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

“Tütək səsi”, "Ad günü", "Ölsəm bağışla", "İstintaq" və digər bənzərsiz filmlərin rejissoru

Rejissorluq görəvinə 1974-cü ildə (qırx bir yaşında) layiq görülməsinin özü də maraqlı bir tarixçədir. Çoxlarının fikrincə, “əvəzedilməz” hesab edilən bu operatorun “mən film çəkmək istəyirəm” iddiasından çıxılmaz vəziyyətdə qalan kinostudiya rəhbərliyi yalnız rejissorluq təhsili aldıqdan sonra bunun mümkün olduğunu deyir. Rasim bu bəhanəni kəsmək üçün Teatr İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsini də bitirir. Kinostudiyaya qayıdıb arzusunun reallaşmasına yarımçıq qalmış bir filmlə - adını dəyişib “Qatır Məmməd” qoyduğu “Gəncəbasarlı qisasçı” ilə başlayır. Elə o vaxtdan “Rasim Ocaqov” titri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrilir. Haqqında çox danışmağa ehtiyac olmayan “Tütək səsi” şedevri də ki, öz yerində…

Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.

Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.

Dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu filmlərdə insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb. Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib. Rasim Ocaqov, həqiqətən də, Azərbaycan kinosunda elə bir zirvədə dayanan sənətkarlar sırasındadır ki, onun filmləri zamanla cəmiyyət arasında bir yaxınlıq yaradıb, insan psixologiyasının dərin qatlarına toxunaraq onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarıb.

Kinonun ocağı və ya muzeyləşən otaq...

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Rasim Ocaqovun 85 illiyində iş otağının təmirdən sonra açılışı oldu. Bu yaradıcılıq studiyasında Rasim Ocaqovun bir zamanlar burada işləyərkən olan ab-hava yaradılıb: otaqda iş və yazı masası, stolüstü lampa, qələm, qənd qabı, siqaret, külqabı, operator kamerası, divarda isə kinofilmlərdən fotolar.

Rasim Ocaqovun yaradıcılıq studiyası "Azərbaycanfilm"in tanınmış rejissorlarının işlədiyi iş otaqlarının bərpa edilməsi layihəsi çərçivəsində təşkil etdiyi ilk studiyadır.

Görkəmli kinorejissorla 10 ildən çox bir yerdə çalışan Nadir Əliyev yaradıcılıq studiyasının açılışı zamanı Rasim Ocaqovun sənət fəaliyyətindən, xidmətlərindən və ekranlaşdırdığı filmlərin böyük rəğbət qazanmasından söz açıb.

“Bu otaq çox unudulmaz hadisələrin şahididir. Bu otaqda Azərbaycanın ən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Rasim müəllimlə görüşüb, müzakirələr aparıb. Rasim Ocaqovla 15 il birlikdə çalışmışam. Onun son üç filminin “Təhminə”, “Həm ziyarət, həm ticarət” və “Otel otağı”nın icraçı prodüseri olmuşam. Biz 90-cı illərin əvvəllərində “Ocaq” adlı müstəqil studiya yaratdıq. Studiyanın direktorluğu mənə həvalə olunmuşdu. Biz Rasim müəllimlə birlikdə orada çalışdıq. Onun Azərbaycan kinosunun inkişafında, formalaşmasında əməyi olduqca böyükdür. Rasim Ocaqov ən sevilən ekran əsərlərinin yaradıcısı kimi hər zaman mədəniyyət və kino tariximizdə yaşayacaq”, - deyə N.Əliyev vurğulayıb.

Milli zəmində lentə alınmış sənət nümunələri

Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.

Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb