Kir Starmer: Britaniya vətəndaşları təcili olaraq Livanı tərk etməlidir
London, 25 sentyabr, AZƏRTAC
Britaniyanın Baş naziri Kir Starmer Livanda olan Britaniya vətəndaşlarına təcili olaraq ölkəni tərk etməli olduqlarını deyib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın Müdafiə Nazirliyi ölkə vətəndaşlarının mümkün təxliyəsinə hazırlıq məqsədilə 700 əsgəri Kiprə göndərir. Baş naziri isə bölgədə vəziyyətin kəskin şəkildə pisləşməsi səbəbindən təxliyə planlarını sürətləndirdiklərini deyib. O əlavə edib ki, Britaniya vətəndaşları təcili olaraq Livanı tərk etməlidir.
İki Britaniya hərbi gəmisi artıq bölgədə yerləşdirilib və hər hansı bir təxliyə əməliyyatı əmri veriləcəyi halda istifadə olunacaq. Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər də hazır vəziyyətdə gözləyir.
Hərbi personalın bölgəyə yerləşdirilməsi yaxın saatlarda baş tutacaq. Onlar sərhəd xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən dəstəklənəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]