Kirayə mənzil fonduna tam təmirli daha 171 mənzil daxil edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yeni, tam təmirli daha 171 mənzili vətəndaşlara təqdim edir.
Fonddan AZƏRTAC-a bildirilib ki, mənzillər 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər Elektron İpoteka və Kredit Zəmanət Sistemi (EİKZS) üzərindən seçim üçün 30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]