Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir
Bakı, 29 yanvar, AZƏRTAC
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 39 komandanın qatıldığı yarışın üçüncü günündə 32 döyüş keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.
Çempionatda 49 və 91 kiloqram çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52, 64, 69 və 75 kiloqram çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.
Bu gün çempionatda 8 çəki dərəcəsi üzrə 32 görüş keçiriləcək.