Kitabxanada mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 29 mart (AZƏRTAC). Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında oxucularla “31 mart soyqırımı” mövzusunda söhbət aparılmış və müvafiq sərgi açılmışdır.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Azərbaycan xalqına qarşı törədilmiş 31 mart 1918-ci il soyqırımı qurbanlarının xatirəsi anılmışdır. Sonra soyqırımın mahiyyəti və acı nəticələri haqqında oxuculara geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, 31 mart soyqırımı xalqımızın qan yaddaşına həkk olunmuş faciədir. Yalnız ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra həmin soyqırımı öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Sonra oxucuları maraqlandıran suallar cavablandırılmışdır.
Kitabxananın mövzu çərçivəsində kitab və dövri mətbuat nümunələrindən ibarət hazırladığı sərgi də diqqətlə izlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]