KİYEVDƏ GUAM-IN MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq əməkdaşlığın inkişafına, Ukraynanın dünyada nüfuzunun və müsbət imicinin möhkəmlənməsinə, onun tarixi və müasir nailiyyətlərinin təbliğinə sanballı şəxsi töhfəsinə görə I dərəcəli “Xidmətlərə görə” ordeninə layiq görülmüşdür.
Sentyabrın 15-də “Xidmətlərə görə” ordeni Azərbaycan XİN başçısının müavini Araz Əzimova, Gürcüstan xarici siyasət idarəsi başçısının birinci müavini Valeri Çeçelaşviliyə, Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Valeriu Ostalepuya da təqdim olunmuşdur.
Mərasimdə Ukrayna XİN-in başçısı Boris Tarasyuk GUAM-ın milli əlaqələndiricilərinin sanballı töhfəsini vurğulamış və onlara uğurlar arzulamışdır. O, “GUAM dövlətlərinin ərazilərində uzun sürən münaqişələr və onların beynəlxalq sülhə və inkişafa təsiri” barədə bəndin BMT Baş Məclisi 61-ci sessiyasının gündəliyinə daxil edilməsi haqqında qərarı yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]