KİYEVDƏ MİLLİ İNFORMASİYA AGENTLİKLƏRİ ASSOSİASİYASININ TƏSİS KONFRANSI KEÇİRİLƏCƏK
Konfransın keçirilməsi üzrə işlərin əlaqələndirilməsi Ukrayna Dövlət Teleradio Komitəsinə (UDTRK) və Ukrinform Dövlət İnformasiya Agentliyinə həvalə edilmişdir. UDTRK və Xarici İşlər Nazirliyi beynəlxalq birliyə bu tədbir barədə məlumat verməlidirlər.
AZƏRTAC (Azərbaycan), ATA (Albaniya), Armenpress (Ermənistan), BTA (Bolqarıstan), Qafqaz-press (Gürcüstan), Moldpress (Moldova), İTAR-TASS (Rusiya), Rompress (Rumıniya), TANYUQ (Serbiya və Çernoqoriya) təsis konfransında iştirak edəcəklərini bildirmişlər. Tədbirdə ANA (Yunanıstan) və Anadolu Acansı (Türkiyə) agentliklərinin iştirakı məsələsinə də baxılır.
PANİA Qara dəniz hövzəsi ölkələri milli informasiya agentliklərinin öz informasiya resurslarından səmərəli istifadə etməsi və bərabər hüquqlu informasiya mübadiləsi aparması üçün onların səylərini birləşdirəcək beynəlxalq qeyri-kommersiya təşkilatı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]