KOBİA Sahibkarlığın İnkişafı Fondu ilə birgə yeni mexanizmin tətbiqinə başlayıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni alətlərin tətbiqi məqsədilə Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik həcmli güzəştli kreditə ehtiyacı olan sahibkarlar üçün yeni mexanizmin tətbiqinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda keçirilən Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
O bildirib ki, bu mexanizm çərçivəsində 5,7 milyon manat təşkil edən toplam 914 bildiriş verilib.
“Bunlardan 3 milyon manat təşkil edən 514 bildiriş məhz bu ilin 9 ayı ərzində sahibkarlara təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək vermiş olacaq. Bundan əlavə, KOBİA tərəfindən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da verilir. İndiyədək 100-ə yaxın belə layihəyə 1,4 milyon manat həcmində qrant vəsaiti ayrılıb. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqsədilə KOBİA tərəfindən startap sertifikatları da təqdim olunur”, - deyə O.Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]