RƏSMİ XRONİKA
KOLUMBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALVARO URİBE VELESƏ
Hörmətli cənab Prezident,
Kolumbiyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
16 iyul 2007-ci il.