KOMİSSİYADA MÜZAKİRƏ EDİLMİŞDİR
Komissiyanın sədri Səməd Seyidov bildirmişdir ki, bu səfər və Moskvada imzalanmış sənədlər Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın, dostluq münasibətlərinin inkişafında yeni mühüm mərhələnin başlandığını göstərir.
Komissiya üzvləri “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi”nin, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2004-2006-cı illər üçün humanitar sahədə əməkdaşlıq Proqramı”nın, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət rejimindən istisnaların mərhələli ləğv edilməsi haqqında” Protokulun, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında” Sazişin, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Sazişin, “İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət əməkdaşlığı haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə sənədləri yüksək dəyərləndirdilər.
Komissiya müzakirə olunan məsələni Milli Məclisin iclasına çıxarmaq barədə yekdilliklə qərar qəbul etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]